Nicat Əzimovun bioqrafiyası


Əzimov Nicat Tapdıq oğlu 21 aprel 1986-cı ildə Laçın rayonunda ziyalı ailədə anadan olmuşdur.

Əslən Mişni kəndindəndir.


1992-2003 illərində Laçın şəhər 1 saylı orta məktəbində təhsil almışdır.Məktəbi əla qiymətlərlə bitirmişdir.

1993-1998 illərində Laçın şəhər musiqi məktəbində Tar ixtisası üzrə 5 illik musiqi təhsili almışdır.

Orta məktəb illərində Rus,İngilis və Alman dillərində öyrənmişdir.

Eyni zamanda Taekwando idman növüylə məşğul olmuşdur.


2001-2002 illərində Bakı şəhərində yerləşən Amerikanın "Esperanto" məktəbində İngilis dili,Tərcüməçilik və Komputer proqramları ixtisası üzrə təhsil almışdır.Fərqlənmə Sertifikatı ilə həmin məktəbi bitirmişdir.


2003-2004 illərində Bakı şəhər 6 saylı Peşə Litseyində 3-cü dərəcəli çilingər və "B-C" kateqoriyası üzrə sürücülük təhsili almışdır.Diplomla təltif olunmuşdur.


2003-2007 illərində Azərbaycan Universitetinin Hüquqşünaslıq fakültəsində ali təhsil almışdır.

Hüquq fakültələri üzrə Gənclər Təşkilatının sədri olmuşdur.

2006-2007 illərində Azərbaycan Universitetində fəaliyyət göstərən Amerika Hüquqşünaslar Assosasiyasının Hüquq Klinikasında ingilis dilində hüquq təhsili almışdır.

Az təminatlı vətəndaşlara hüquqi yardım göstərilməsində yaxından iştirak etmişdir.

Tələbəlik illərində Latın və İspan dillərini öyrənmişdir.


2007-2008 illərində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Qərarları İcrası Baş İdarəsinin Pentensiar Xidmətinin Mühafizə Alayının 3-cü bölüyündə hərbi xidmət keçmişdir.


2007-2011 illərində (hərbi xidmətdən əvvəl və sonra) Ziya İnsan Hüquqları Müdafiə Mərkəzi İB-də hüquqşünas vəzifəsində işləmişdir.Hal-hazırda həmin hüquq təşkilatının daimi üzvüdür.


2010-2012 illərində V-Team şirkətinin Rusiyanın Sankt-Peterburq şəhərindəki rəsmi nümayəndəsi işləmişdir.


2013-cü ilin oktyabr ayından 2014-cü ilin mart ayına qədər  Cənubi Koreya Respublikasının Azərbaycandakı Diaspora rəhbəri və Koreya səfirinin 3-cü katibi cənab Hyun Kuk Kyunkun şəxsi İngilis,Rus və Türk dillərində tərcüməçisi və hüquq məsləhətçisi vəzifəsində işləmişdir. 


Hal-hazırda Laçın Rayon İcra Hakimiyyətində hüquqşünas  vəzifəsində çalışır.


İngilis, Rus, İspan, Alman, Latın və sair dillər bilir.


YAP-ın üzvüdür.


Bakı şəhər Səbail rayonu Badamdar qəsəbəsində yaşayır.


Subaydır.







https://www.facebook.com/

Add a review
There are no reviews and comments

Gallery